Venesuela Ali Məhkəməsi prezident Uqo Çavesin bu gün keçirilməli olan andiçmə mərasimini qeyri-müəyyən müddətə təxirə salıb.
Lent.az-ın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Venesuela Ali Məhkəməsinin sədri Luiza Morales açıqlayıb.
Qeyd edək ki, Uqo Çaves 2012-ci ilin oktyabr ayında yenidən prezident seçilib, dekabr ayında isə dördüncü dəfə Kubada xərçəngdən əməliyyat olunub. O, hələ də Kubada müalicə kursu keçir.