Ötən şənbə İstanbulda özünü partladan canlı bombanın şəxsiyyəti bilinib. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, İstanbul polisi həmin terrorçunun Burak Yavuz olduğunu müəyyənləşdirib.
3 ailədən götürülən DNT nümunələri əsasında canlı bombanın kod adı “Erdal” olan 1996-cı il təvəllüdlü Burak Yavuz olduğu təsdiqlənib.