Çad ordusu “Boko haram”ın 123 üzvünü zərərsizləşdirib
31 yanvar 2015 19:00 (UTC +04:00)

Çad ordusu “Boko haram”ın 123 üzvünü zərərsizləşdirib

Çad Respublikasının hərbçiləri “Boko haram” terrorçu qruplaşmasının 123 üzvünü zərərsizləşdiriblər.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, əməliyyat Kamerun ərazisində keçirilib.

 

Döyüşlər nəticəsində Çad ordusunun 3 hərbçisi ölüb, 12 nəfər yaralanıb.

 

Qeyd edək ki, “Boko haram” terrorçularının hücumlarının sayının çoxalması üzündən Çad qonşu Kameruna öz qoşunlarını yeridib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232

Oxşar yazılar