Yanvarın 15-də İranın bütün ərazisində milli matəm günü elan olunub.
APA-nın məlumatına görə, İran hökuməti ölkəyə məxsus tankerin Çin sahillərində ticarət gəmisi ilə toqquşması nəticəsində 32 nəfərlik ekipajın həlak olması ilə əlaqədar 15 yanvar tarixini ölkədə matəm günü elan edib.
Qeyd edək ki, faciə yanvarın 6-da baş verib. Toqquşmadan sonra tankerdə yanğın və partlayış baş verib. Tankerin heyətindən sağ qalan olmayıb.