Britaniyanın «P&O» dəniz səyahəti turist firması ölkəsi ilə Argentina arasında olan mübahisəyə dolayı yolla da olsa qoşulub.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, şirkət Argentinanı üç dəniz limanını səyahət siyahısından çıxarıb. Şirkət bunu Britaniya ilə Argentina arasında Folklend adası ətrafında yaranmış mübahisə ilə əlaqələndirib. Müəssisə iddia edib ki,müştərilərini Argentinaya aparmaqla onların təhlükəsizliyinə problem yaratmaq istəmir.
Firmanın iki gəmisi ölkənin Buenos–Ayres, Puerto-Madrin və Uşuay limanlarına müvəqqəti olaraq, girməyəcək. Onu da qeyd edək ki, Argentina hakimiyyəti bir müddət öncə Folklend adasında olmuş gəmini ölkəsinə qəbul etməyəcək.
Xatırladaq ki, iki ölkə arasında bu ada və başqa ərazilər ətrafında münaqişə davam illər uzunudur davam edir.