Britaniya təyyarəsinin Rusiyaya məcburi enişi
07 yanvar 2013 22:30 (UTC +04:00)

Britaniya təyyarəsinin Rusiyaya məcburi enişi

Britaniyanın «Thomson Airways Limited» aviaşirkətinin «Boeing 767-300» təyyarəsi Samara hava limanına məcburi eniş edib. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, enişə səbəb təyyarənin mühərrikində problemin yaranması olub.

 

Təyyarə Pxuket-Helsinki reysi edirmiş. «Boeing 767-300»-də 302 sərnişin və 7 nəfər ekipaj üzvü var. Samara üzrə fövqəladə hallar qurumundan bildiriblər ki, yaxın 3 saat ərzində (olay saat 21 radələrində baş verib) problem həll olunmazsa, o zaman sərnişinlər şəhər mehmanxanasına yerləşdiriləcək. Bundan başqa Rusiya aviasiya qurumu icazə verdiyi halda sərnişinlər Helsinkiyə ehtiyat təyyarə ilə yola salınacaq.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar