Britaniya bayrağı gələn həftə müzakirə ediləcək
12 yanvar 2013 21:31 (UTC +04:00)

Britaniya bayrağı gələn həftə müzakirə ediləcək

Şimali İrlandiyanın paytaxtı Belfastda loyalçılarla milliyyətçilər arasında toqquşma baş verib.

 

Lent.az-ın  «BBC»-yə istinadən məlumatına görə, onlar biri-birinə daş və yandırıcı maddələr atıblar.

 

Loyalçılar Britaniya bayrağının Belfast bələdiyyə üzərinə təyin olunmuş günlərdə asılması ilə bağlı şəhər şurasının qərarına etiraz edir. Toqquşma etirazçıların şəhər şurasının binası qarşısında keçirdiyi aksiyadan sonra baş verib.

 

Loyalçıların etiraz çıxışı 6 həftədir davam edir. Bu müddətdə keçirilən aksiya zamanı yüzədək etirazçı tutulub, onlarla polis yaralanıb.

 

Yaranmış vəziyyəti müzakirə etmək üçün Şimali İrlandiya, İrlandiya və İngiltərə siyasiləri gələn həftə toplantı keçirməyi planlaşdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar