ABŞ məhkəməsi dünyanın neft nəhəngi Britaniyanın BP şirkətinin Ədliyyə Nazirliyi ilə birlikdə Meksika körfəzinə neft axıtması məsələsi üzrə anlaşmasının qəbul edib.
Lent.az-ın «
BP 2010-cu ilin aprelində «Deepwater Horizon» platformasının partlaması ilə bağlı baş vermiş olayla bağlı məsuliyyəti üzərinə götürüb. Həmin hadisə nəticəsində 11 nəfər həlak olmuşdu.
Məhkəmənin bəyəndiyi razılaşmaya əsasən, ingilis şirkəti 4 milyard dollar cəmində cərimə ödəyəcək.
Zərərçəkənlər şirkətin daha sərt şəkildə cəzalandırılmasını istəyiblər. Ancaq BP bildirib ki, əgər məhkəmə anlaşmanı təsdiqləməsə, o zaman ABŞ-ın Ədliyyə Nazirliyi əldə edilmiş bu razılaşmadan imtina edəcək.
Bu qərar şirkətin ətraf mühiti çirkləndirməsi ilə bağlı daha bir neçə milyard dollarlıq cərimələnməsi üçün vətəndaş iddiasının davam etməsinə təsir göstərməyəcək.