Böyük Britaniyanı su basır
31 yanvar 2013 10:00 (UTC +04:00)

Böyük Britaniyanı su basır

Böyük Britaniyanın 200-ə qədər rayonunda subasma təhlükəsi yaranıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Böyük Britaniyanın Ətraf Mühiti Mühafizə üzrə Agentliyi bəyan edib.

 

Qarın sürətlə əriməsi çaylarda su səviyyəsinin qəfil artmasına səbəb olub. Bir neçə gün əvvəl temperatur 0 dərəcəni keçməsə də, bazar günü temperatur 7-9 dərəcəyə çatıb. Sinoptiklər subasmaya daha çox ölkənin cənub-qərb rayonlarının, o cümlədən leysanla müşayiət olunan qasırğanın gözlənildiyi Uelsin məruz qalacağını proqnozlaşdırırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar