BMT baş katibi Antoniu Quttereş Suriyada həddindən çox əcnəbi hərbçilərin olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhz bu amil Suriyada vəziyyətin normallaşmasına çətinlik yaradır.
“Həddindən çox ölkənin Suriyada ordusu var. Düşünürəm, Suriya xalqı problemi özü həll etsə, daha yaxşı olardı”, - deyə Antoniu Quttereş ABŞ-ın Suriyada “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq planını şərh edərkən bildirib.