2014-cü ilin sonuna, səlahiyyət müddəti başa çatanadək Bəşar Əsədin hakimiyyət qalması ilə bağlı BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə özəl təmsilçisi Lahdar Brahimi heç vaxt təklif irəli sürməyib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu təkzibi BMT-nin mətubat xidməti yayıb.
BMT-nin yaydığı bildirişdə daha sonra deylib:«Hakimiyyətin daha tez formalaşacağına ümid edirik. Böhran 2013-cü ildə öz həllini tapacaq və onun 2014-cü ilə qlamasını gözləmək lazım deyil».
Qeyd edək ki, dekabrın 29-da Brahimi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Suriyadakı vəziyyətin tənzimlənməsinə dair müzakirə aparacaq.