Birmada 25 illik yasaq ləğv edilib
30 yanvar 2013 01:22 (UTC +04:00)

Birmada 25 illik yasaq ləğv edilib

Birma hakimiyyəti kütləvi yığıncaqların keçirilməsi ilə bağlı 25 illik yasağı ləğv edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 5 nəfərdən çox iştirakçısı olan istənilən tədbir ölkədə qadağan olunmuşdu.

Prezident Teyn Seyn bu yasağın vətəndaşların fikir azadlığına təminat verən Birma konstitusiyasına zidd olduğunu  bildirib.

Qadağa 1988-ci ildə ölkədə hakimiyyətə qarşı çıxışlar güclənən illərdə tətbiq olunub.Hərbi hakimiyyət kütləvi etiraz nümayişlərinə təzyiq etmək məqsədi ilə  bu yasağı tətbiq edib.

 

Mənbənin bildirdiyinə görə,bu, Birma hakimiyyəti tərəfindən 2011-ci ildə demokratik islahatların keçirilməsi istiqamətində atılan addımlardan sayılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661
avatar

Oxşar yazılar