Birma Kaçində hərbi əməliyyatları dayandırır
19 yanvar 2013 02:46 (UTC +04:00)

Birma Kaçində hərbi əməliyyatları dayandırır

Birma ordusu ölkənin Kaçin əyalətindəki üsyançılara qarşı hərbi əməliyyatları dayandırmaq haqda qərar qəbul edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qərar yanvarın 19-dan qüvvəyə minəcək.

Qeyd edək ki, Birma hakimiyyətini bu addımı atmağa beynəlxalq ictimaiyyətin təzyiqi məcbur edib.

 

Rəsmilər bildirib ki, ordu yalnız kaçinlərə özünümüdafiə məqsədi atəş açacaq.

 

Bir müddət öncə Birma ordusu Kaçin əyalətinə avia zərbələr endirmişdi.

 

Kaçinlərlə hakimiyyət arasında münaqişə  17 ildən sonra 2011-ci ildən  yenidən başlayıb.

Xatırladaq ki, kaçinlər (özlərinə tszinpo deyirlər) Birmanın Kaçin əyalətinə yaşayır. Tszinpo və tszayvaya bölünürlər.Onların bir hissəsi  Çinin Yunnan əyalətində məskunlaşıb. Tibet-birma qrupunun Çin-Tibet dil ailəsinə aiddirlər.İnancları əsasən yerli dindir. Bundan başqa xristianlıqda onlar arasında yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar