İran hakimiyyəti oğurluqda və qanunsuz intim əlaqədə ittiham olunan bir nəfərin əl barmaqlarını kütlə qarşısında kəsilməsini həyata keçirib.
Lent.az-ın məlumatına əsasən, İranın Kütləvi İnformasiya Vasitələrində barmaqları kəilmiş adamı fotosu çap olunub.
Hüquq müdafiəçiləri bildirib ki, ötən həftə 16 belə tədbir görülüb və hakimiyyət bu yolla iyunda keçiriləcək prezident seçkisi öncəsi əhalinin qorxutmaq istəyir.
Yeri gəlmişkən İranda ötən il 586 nəfər edam edilib. Dara çəkilənlərin 63 faizi narkotik maddələrin qaçaqmalçılığında, 10 faizi qətldə və 6 faizi təcavüzdə ittiham olunub, 3 faizinə qarşı irəli sürülən ittiham bəlli deyil.
Edamların əksəriyyəti Tehranda (16 faiz), Simnan və Farsda (9 faiz) icra edilib. Məhbuslardan 10 faizi, yəni 59 nəfəri əhalinin gözü qarşısında dara çəkilib.
Məlumatı İranda İnsan haqları müdafiəçisi - HRANA-ya yayıb.
Onlar qətl və təcavüzdə günahlandırılan məhkumlar olublar. Ancaq İran hakimiyyəti dünya ictimaiyyətinə icra etdiyi edamların yalnız 54 faizini açıqlayıb, qalan 46 faizi isə müxtəlif insan haqları təşkilatları öz hesabatlarında dərc ediblər. Buna baxmayaraq, rəsmi Tehran ötən il İran həbsxanalarında heç bir gizli edamın icra olunmadığını bəyan edib. Ötən il əvvəlki illə müqayisədə edamların sayında 9% artım qeydə alınıb. Ümumilikdə İran hakimiyyəti tərəfindən ötən il 140 min vətəndaşın hüquqları pozulub. Belə ki, 15605 nəfərə qəti, 1338 nəfərə isə şərti həbs cəzası kəsilib.
Eyni zamanda 448 nəfər 462 ay ictimai hüquqlardan məhrum edilib. ETTELAAT tərəfindən isə 2205 nəfər həbs olunub.