Perunun cənub sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Abankay şəhərindən 48 km cənubda (paytaxt Limadan 502 km aralıda), ocağı isə 48 km dərinlikdə yerləşib.
Eyni zamanda Fici adalarından 170 km şərqdə 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yanvarın 19-da, səhər saatlarında baş verib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.