Suriya prezidenti Bəşər Əsəd Məhəmməd peyğəmbərin (s) doğum günü münasibəti ilə Dəməşqdəki El Afram məscidində camaatla birlikdə namaz qılıb.
Lent.az-ın məlumatına görə, Suriya Dövlət Televiziyası bununla bağlı canlı yayım efirə verib.
Məscidə özünün idarə etdiyi lüks bir avtomobillə gələn Bəşər Əsəd ölkənin baş müftisi Ahmed Hassun və dini işlər naziri Muhammed Abdülsettarla birlikdə namaz qılıb. Muhammed Abdülsettar namaz və dua oxunmasından sonra çıxış edib, dialoq təklifini irəli sürüb. O, müxalifət və müxalifəti dəstəkləyənləri, müsəlman və xristianları, kişi və qadınları dialoq fürsətini qaçırmamağa çağırıb. Daha sonra Bəşər Əsəd mühafizəçilərinin, baş müfti və dini işlər nazirinin müşayiəti ilə məsciddən çölə çıxıb, yenə də avtomobilin sükanı arxasında özü əyləşib.
Qeyd edək ki, Bəşər Əsəd sonuncu dəfə yanvarın 6-da Dəməşqdə Opera Zalında ictimaiyyət qarşısına çıxıb, çıxış edib.