Ötən gün Dəməşqə səfər edən BMT və Ərəb Dövlətləri Liqasının özəl təmsilçisi Lakhdar Brahiminin Suriya prezidenti Bəşər Əsədlə görüşünün detalları məlum olub.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Lakhdar Brahimi Bəşər Əsədə ABŞ və Rusiyanın ortaq hazırladığı iki təklifi çatdırıb.
Təklifin biri Bəşər Əsədin rəhbərliyi altında müxaliflər ilə BƏƏS hakimiyyətinin əli qana bulaşmamış kəsiminin ortaq bir hökumət qurması və bu hökumətin ölkəni demokratik seçkiyə hazırlaması, keçiriləcək seçkilərdə Bəşər Əsədin namizəd olmamasını özündə ehtiva edir.
İkinci təklif Bəşər Əsədin ölkədən çıxmasını, müxaliflər ilə BƏƏS hakimiyyətinin əli qana bulaşmamış kəsiminin ortaq bir hökumət qurması və bu hökumətin ölkədə demokratik seçki keçirməsindən ibarətdir.
Bəşər Əsəd isə ölkəsini tərk etməsini nəzərdə tutan birinci təklifi qəti olaraq rədd edib. O, bir daha ölkəsində ölməyə hazır olduğunu bəyan edib. Bəşər Əsədin birinci təklifə tam olaraq necə yanaşdığı isə açıqlanmır.