Berlində terrorçu ehtimal edilən şəxs sərbəst buraxıldı
20 dekabr 2016 23:39 (UTC +04:00)

Berlində terrorçu ehtimal edilən şəxs sərbəst buraxıldı

0

Berlində terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan Pakistan vətəndaşı sərbəst buraxılıb.  

 

APA-nın “Röyers”ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın baş prokuroru Peter Frank bildirib. Onun sözlərinə görə, saxlanılan şəxsin təqsirli olduğunu təsdiqləyən sübutların olmaması onun sərbəst buraxılmasına səbəb olub.

 

Qeyd edək ki, ötən gün naməlum şəxs tərəfindən idarə olunan yük maşını bayram yarmarkasında kütləyə çırpılıb. Nəticədə azı 12 nəfər ölüb. Sürücü saxlanılıb. “Welt”-in məlumatına görə, saxlanılan şəxs Pakistan vətəndaşı B.Naveddir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar