Ben Ladenin kürəkəninə ömürlük həbs verildi
24 sentyabr 2014 15:04 (UTC +04:00)

Ben Ladenin kürəkəninə ömürlük həbs verildi

Əl-Qaidə teror təşkilatının lideri Usama Ben Ladenin qızının ərinə ömürlük həbs verilib. Lent.az-ın məlumatına görə, 11 sentyabr hadisələrinin təşkilində iştirakda təqsirləndirilən Süleyman Ebu Qeyt ABŞ-da məhkəmə qarşısına çıxarılıb. O, ömürlük həbs cəzasına məhkum edilib.

 

Küveyt vətəndaşı olan S. Ebu Qeytin Əl-Qaidə tərəfindən yayılan video və səs qeydlərini hazırlayan şəxs olduğu bildirilir.

 

Ebu Qeyt 11 sentyabr hadisələrindən sonra İranda həbs edilib. 2010-cu ilə qədər o, İranda həbsxanada olub. Sonra Ben Ladinin qızının əri Türkiyədə saxlanılıb və bu ölkə ərazisində cinayət törətmədiyinə görə sərbəst buraxılıb. Son olaraq Türkiyədən Küveytə gedən zaman "CIA" ve "FBI" əməkdaşları tərəfindən ələ keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Səlcuq Elçin

Oxşar yazılar