Keçmiş futbolçu Devid Bekhem ailəsi ilə xeyriyyə marafonunda iştirak edib.
Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, 12 yaşlı Romeo 5 kilometrlik yolu piyada qət edərək UNAİDS-in (HİV əleyhinə təşkilat) büdcəsinə 6 min funt sterlinq qazandırıb.
Marafonun finalında o, anası modelyer Viktoriya Bekhem, atası, qardaşları Bruklin və Kruzla fotolar çəkdirib. Bruklin qardaşının şərəfinə onun adı yazılan köynək geyinib.