Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, müxalifət hərəkatı təmsilçilərinə işgəncə verməkdə suçlu bilinir.
Şahzadə Nur krallığın Daxili İşlər Nazirliyinin narkotik maddələrə qarşı mübarizə idarəsinə başçılıq edib. 2011-ci ildə hakimiyyət qarşı etiraz aksiyaları dağıdıldıqdan sonra o, azından müxalifətin 3 nümayəndəsinə – iki həkim və bir şairəyə işgəncə verilməsində iştirak etməkdə ittiham olunur.
«Bəhreyndə insan hüquqları uğrunda» hüquq müdafiə təşkilatının hesabatına əsasən, Həsən Deyf və Basəm Deyf, eləcə də etiraz aksiyası zamanı əl-Xəlifə sülaləsinə qarşı şeir oxuyan 21 yaşlı gənc xanım Ayət əl-Kurmazi şahzadənin əməllərinin qurbanı olub.
Şahzadə isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.