Bəhreyn kralından müxalifətə danışıq çağırışı
23 yanvar 2013 07:20 (UTC +04:00)

Bəhreyn kralından müxalifətə danışıq çağırışı

Bəhreyn kralı Hamad bin-İsa əl-Xəlifə çeşidli siyasi qüvvələrə ölkənin gələcəyi ilə bağlı danışıqlara başlamaq təklifinin irəli sürüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onun bu çıxışı Yaxın Şərqdə etiraz aksiyalarının başlamasını ikinci ildönümünə təsadüf edib.

 

Xatırladaq ki, Bəhreyndə kütləvi etiraz aksiyaları 2011-ci il fevralın ortalarında başlayıb. Aksiyaçılar monarxın səlahiyyətlərinin azaldılması istəyir.Ö lkənin ən nüfuzlu müxalifət təmsilçiləri bildirib ki, heç bir ilkin şərt olmadan monarxın təklifini qəbul etməyə hazırdırlar.

 

Ötən ilin payızında hakimiyyət istənilən etiraz aksiyası və kütləvi tədbirlərini  keçirilməsi yasaqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar