Türkiyənin Baş naziri Binəli Yıldırım TSQ-dən yayılan “hakimiyyətə əl qoyuldu” bəyanatına qarşı amıqlama verib. Yıldırım, "Bu işin dəstəbaşıları ələ keçirildi və gərəyi yapıldı" - deyib.
O, daha sonra bildirib: “Türkiyənin şərqində və cənub-şərqindəki terror olayları nədirsə, bu da o cür terror hadisəsidir. O tankların içindəki əsgərlərlə havadan bomba yağdıranlar bir terror təşkilatının üzvləri kimidirlər. Belə bir iş şanlı Silahlı Qüvvələrimizdə xidmət edən heç bir əsgərimizə yaraşmaz. Bu, Cümhuriyyətimizə, millətimizə və əsgərimizə edilmiş ən böyük həqarətdir. Bu gün demokratiyaya, millətə sahib çıxma günüdür. Türkiyə ayaqdadır, Türkiyə küçələrdədir.
Bizi iqtidara millət gətirib, burdan aparacaq olan da millətdir. Bu işin dəstə başçıları ələ keçirildi və gərəyi yapıldı.
Bu, axmaq və çılğın bir cəhddir. Meydanlarda olacağıq və bu işə, bu soysuzlara gününü göstərəcəyik”.