Barselonada terror aktı törətməkdə şübhəli şəxslərdən biri ilə atışma zamanı 2 polis əməkdaşı yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, atışma polis əməkdaşları və onların əmrlərinə tabe olmayan “Ford Focus” markalı avtomobildəki şəxslər arasında baş verib. Atışma zamanı silahlılardan biri öldürülüb.
Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb.