Meksikanın şimalındakı Torreon şəhərində iki bara silahlı basqın olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9-dan çox insanın öldüyü bildirilir. Bir neçə dəqiqə fasilə ilə baş verən hücumu hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Hüquq mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, narkotik ticarətini ələ keçirmək istəyən iki rəqib qrup arasında baş verib.
Qeyd edək ki, son günlər ərzində eyni şəhərdə üç bara da bənzər hücumlar təşkil edilib. Meksikada son altı il ərzində isə təxminən 60 min nəfər narkotiklə əlaqəli zorakılığın qurbanı olub.