ABŞ prezidenti Barak Obama soyuqdəymə ilə bağlı boğazındakı ağrılarla əlaqədar şənbə günü həkim məsləhəti əsasında Uolter Rid adına ABŞ Silahlı Qüvvələrinin tibbi mərkəzində müayinədən keçmək qərarı verib.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coşua Ernest açıqlam yayıb. Onun sözlərinə görə, “iş qrafikində sərbəst vaxtının olması nəzərə alınaraq” Amerika liderinin müalicə həkimi – ABŞ Hərbi-Dəniz Qüvvələrini kapitanı Ronni Cekson ona müayinə üçün Uolter Rid mərkəzinə getməyi məsləhət görüb.
“Söhbət prezidentə təxirəsalınmaz kömək göstərməkdən getmir” - əlavə edib Ağ Ev rəsmisi.