«Milli özünütəyin» Birliyinin sədri Paruyr Ayrikyan hələ də xəstəxanadadır.
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, bu haqda o, özü məlumat verib.
Prezidentliyə keçmiş namizəd bildirib ki, sağ əlində ağrılar var və əli yaxşı işləmir. Həkimlər səhhəti bağlı tam nikbin olsalar da, Ayrikyan xəstəxanadan çıxarılacağı tarixi bilmədiyini söyləyib.
Qeyd edək ki, ona sui-qəsd etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Onlardan biri qanunsuz narkotik maddələrin satışı ilə məşğul olduğu üçün əvvəllər həbs olunmuş Xaçatur Poqosyan (1966-cı ildə anadan olub) və Samvel Arutyunyan (1972) həbs ediliblər. Onların heç birinin İrəvana qeydiyyat olmayıb.