Yanvarın 18-də Avstraliyanın Sidney şəhərində son 150 ildə ən isti hava olub. Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, şəhərdə 45,8 dərəcə istilik qeydə alınıb. Sonuncu rektord isə 1939-cu ildə 45,3 dərəcədir.
Mənbənin bildirdiyinə əsasən, havaların belə keçməsi ictimai nəqliyyatda müəyyən problemlər yaradıb. Sidneydə çəmənliklər yandığından monorelsi yollar dayandırılıb.
Avstraliyada meşə yanğınları da tüğyan etməkdədir.
Yay mövsümündə yalnız Sidneydə deyil, ölkənin başqa şəhərlərində də rekord temperatur qeydə alınıb. Yanvarın 7-də ölkə üzrə orta temperatur 40,33 dərəcə olub.
Məlumata görə, Avstraliyada ən isti hava 1960-cı ildə Odnadatta şəhərində qeydə alınıb.
Bəzi mütəxəssislər ölkədəki anomal istiləri qlobal istiləşmə ilə əlaqələndirir.