Bu gün səhər saatlarında naməlum şəxslər Avstriyanın paytaxtı Vyanada yerləşən Türk Mədəniyyət Mərkəzinə bomba atıblar.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər hadisə yerindən qaçıblar. Binada yanğın başlayıb. Olay yerinə gələn polislər tələfat olmadığını, ancaq binanın yanaraq tamamilə yararsız hala düşdüyünü açıqlayıblar. Tük Mədəniyyət Mərkəzinin müdiri Murat Barlan binada saxlanılan 4 minə yaxın kitabın və mebelin yandığını bildirib.