Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin bu gün Brüsseldə keçirilən iclasında Livandakı “Hizbullah” Hərəkatının hərbi qanadı terror təşkilatları siyahısına salınıb.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Birliyi “Hizbullah” Hərəkatının hərbi qanadını siyasi qanadından ayırmaqla danışıqlar üçün “pəncərə” qoyub.
Avropa Birliyinin Suriyada hakim rejimə hərbi dəstək verən “Hizbullah” Hərəkatını birmənalı terrorçu təşkilatlar siyahısına salmaqdan çəkinməsinin isə səbəbi var. “Hizbullah” Hərəkatı Livan parlamentində təmsil olunan böyük siyasi qüvvədir və Hərəkatın terrorçu təşkilatlar siyahısına salınması Livanda vəziyyəti gərginləşdirə bilər.