Avropa Şurasının insan haqları üzrə yeni komissarının adı məlum olub.
APA-nın məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında keçirilən səsvermənin nəticələrinə əsasən bu posta Dunya Miyatoviç (Bosniya və Herseqovina) seçilib.
Qeyd edək ki, bundan əvvəl Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks olub. O bu postda 2012-ci ildən fəaliyyət göstərib.