Ariel Şaron müayinə üçün xəstəxanaya aparılıb
25 yanvar 2013 07:45 (UTC +04:00)

Ariel Şaron müayinə üçün xəstəxanaya aparılıb

İsrailin keçmiş baş naziri Ariel Şaron barəsində yeni xəbər yayılıb.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, müayinə üçün Byer-Şevə «Soroka» xəstəxanasına gətirilib.

 

Bu müayinə Ariel Şaronun səhhətinin dəyişəcəyi şansını müəyyən edəcəyi ehtimal olunur. Hələlik onun sağlıq durumunda bir dəyişiklik yoxdur.

 

Xatırladaq ki, Ariel Şaron 2005-ci ilin sonu 2006-cı ilin əvvəlində iki dəfə insult keçirib. 2006-cı il yanvarın 4-də keçirdiyi insultdan sonra komaya düşüb. İndiyədək özünə gəlməyən Şaron 6,5 il «Şiva» adlı bərpa mərkəzində saxlanılıb.

 

Həkimlər indiyə kimi onun sağalacağı şansının az olduğunu deyirdilər. Ancaq 2012-ci ilin martında onun oğlanlarından biri, Omri Şaron bildirmişdi ki, atasının sağalacağına ümid var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869
avatar

Oxşar yazılar