Ankara Baş Prokurorluğunun apardığı istintaq nəticəsində Türkiyə Milli Kitabxanasının sədri başda olmaqla 17 nəfər həbs edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankara Təhlükəsizlik Xidmətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin apardığı əməliyyat nəticəsində kitabxana işçiləri tender zamanı qanun pozuntusuna yol verdiklərinə və rüşvət aldıqlarına görə cinayət məsuliyyətinə cəlb ediliblər. Həbs olunan şəxslərin Ankara Təhlükəsizlik Xidmətinə gətirildiyi bildirilir.