Ankara Rusiya ilə birgə enerji layihələrini sürətləndirəcək
29 sentyabr 2017 03:42 (UTC +04:00)

Ankara Rusiya ilə birgə enerji layihələrini sürətləndirəcək

0

 

 

Türkiyə Rusiya ilə birgə reallaşdırdığı “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinin icrasını sürətləndirməyə hazırdır.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankarada keçirdiyi danışıqların yekunlarına dair mətbuata açıqlamasında bildirib.

 

“Ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri də energetikadır. Biz “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinə böyük əhəmiyyət veririk. Onlar davam edəcək və biz onları tezləşdirməyə hazırıq”, - deyə Ərdoğan qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar