Ana xəstə qızı üçün poni oğurlayıb
28 dekabr 2012 07:45 (UTC +04:00)

Ana xəstə qızı üçün poni oğurlayıb

Avstriya sakini Vyana sirkindən xəstə qızını sevindirmək üçün poni oğurlayıb. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, sonradan o, bu atları qaytarmaq qərarına gəlib.

 

Fridolin adlı 60 sm hündürlüyü olan kiçik poni Vyananın milad sirkindən ötən həftənin əvvəlində «yoxa» çıxıb. Polisin axtarışı nəticə verməyib.

 

Dekabrın 26-da bir qadın sirkə zəng edərək, ponini şəhərdəki dayanacaqlardan birinə bağladığını söyləyib. O, etiraf edib ki, xəstə qızının milad arzusunu yerinə yetirmək üçün Fridolini oğurlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1193

Oxşar yazılar