Amerikalılar Trampın qərarını etirazla qarşıladı
02 iyun 2017 07:26 (UTC +04:00)

Amerikalılar Trampın qərarını etirazla qarşıladı

0

Yüzlərlə amerikalı Ağ Ev qarşısına toplaşaraq, ABŞ-ın İqlimə dair Paris sazişindən çıxmasına qarşı etiraz aksiyası keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar ABŞ hökumətini qərarı ləğv etməyə çağırıblar. Etirazçılar Paris sazişini dəstəkləyən müxtəlif şüarlar səsləndiriblər.   

 

ABŞ prezidenti Donald Tramp ötən gün ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.  

 

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar