Almaniyanın Bohum şəhərinin mərkəzində çəkisi 500 kq olan bombanın aşkarlanması səbəbindən 10 mindən çox sakin təxliyə edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mərmi şəhər ratuşasının yerləşdiyi tarixi binanın yerləşdiyi ərazidə aşkarlanıb.
Əhali ərazidən tam təxliyə edildikdən sonra mərminin yerindəcə partladılması nəzərdə tutulub.