Almaniyanın Eşvayler şəhərində 15 metrlik Milad şam ağacı aşıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 15 metrlik Milad şam ağacı uşaq karuselinin üzərinə aşıb və 4 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında uşaqların olmadığı bildirilir.
Hadisənin başvermə səbəbi məlum deyil.
Qeyd edək ki, Alamaniyada güclü qar səbəbindən bir neçə hava limanı aviaresləri təxirə salıb.