ABŞ və NATO Ukraynada hərbi təlimlər keçirəcək
12 iyul 2016 14:35 (UTC +04:00)

ABŞ və NATO Ukraynada hərbi təlimlər keçirəcək

İyulun 18-də Ukraynada ABŞ-la birgə “See Breeze” hərbi təlimləri başlayacaq.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Oksana Qavrilyuk deyib. O bildirib ki, təlimlər Odessa və Nikolayev vilayətlərində, həmçinin Qara dənizin şimal-qərbində keçiriləcək.

 

Təlimlərin məqsədi Qara dəniz regionunda etimad və təhlükəsizliyin səviyyəsinin artırmaq və Ukrayna hərbi-dəniz qüvvələri ilə NATO və tərəfdaş ölkələrin donanmaları arasında uyğunluğu yaxşılaşdırmaqdır. Əvvəlcədən təsdiq olunmuş plana əsasən iyun-oktyabr aylarında keçiriləcək  “See Breeze” təlimlərində Ukraynaya 25 sutka müddətinə ABŞ və NATO-ya üzv digər ölkələrdən 2 min hərbçi, 15 gəmi, 5 sualtı qayıq, 12 təyyarə və helikopter və 100 ədəd təkərli hərbi texnika gətiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

APA Baycan

Oxşar yazılar