ABŞ-ın Dövlət Departamenti və Avropa Birliyi noyabrın 30-da gecə saatlarında Kiyevdə «Maydan»da dinc nümayişlərin güc tətbiqi ilə dağıdılmasını kəskin şəkildə mühakimə ediblər.
Lent.az-ın «interfak-Ukraina»-ya istinadən məlumatına görə, qurum Ukrayna hakimiyyətini araşdırma aparmağa və günahkarları cəzalandırmağa çağırıb.
Mənbə qeyd edib ki, bu haqda Avropa Birliyinin ali komissarı Ketrin Eşton,birliyin genişləndirilməsi və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin bəyanatında bu vurğulanıb.
Dövlət departamentinin təmsilçisi Cen Psaki bildirib ki, ABŞ etiraz aksiyaçılarına qarşı güc tətbiqinin pisləyir.
«Ukrayna hakimiyyətini söz və sərbəst toplaşmaq azadlığını təmin etməyə, güc tətbiqi ilə Ukrayna da insanları qorxutmamağa çağırırıq».