ABŞ təyyarələri Pakistanın Şimali Vəziristan ərazisində iki müxtəlif əraziədə hücum təşkil edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hücum nəticəsində 8 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Təhlükəsizlik Xidmətindən verilən açıqlamada qeyd olunur ki, “Taliban” və “Əl Qaidə” üzvlərinə qarşı təşkil edilən əməliyyatlar Pakistanın Əfqanıstanla sərhəd qəsəbələrində həyata keçirilib.
Qeyd edək ki, son 8 ildə ABŞ hərbiçilərinin həyata keçirdiyi hücumlarda 3400 nəfər ölüb. Onlardan min nəfərinin dinc insan olduğu bildirilir.