ABŞ Somalidəki hakimiyyəti tanıdı
18 yanvar 2013 06:21 (UTC +04:00)

ABŞ Somalidəki hakimiyyəti tanıdı

ABŞ Somali Respublikasını tanıyıb. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bunu dövlət katibi Hillari Klinton ölkə prezidenti Həsən Şeyx Məhəmmədlə görüşündə bildirib. O, keçən ilin sentyabrında seçilib.

 

Tərəflər diplomatik notalar mübadiləsi edib.

 

«ABŞ Somali hakimiyyətini ilk dəfə 1991-ci ildə tanıyıb»- deyə, Klinton söyləyib.

 

Həmin il Siad Barre diktaturası çökəndən sonra Somali Respublikası bütövlüyünü itirib. İki il sonra ABŞ-ın paytaxt Moqadişi də Somali yaraqlıları ABŞ-ın iki hərbi vertolyotunu vurub. Bu zaman 18 amerikalı hərbçi həlak olub, 80-i isə yaralanıb. Baş bu olaydan sonra ABŞ Somali ilə əlaqələri kəsib.

 

Yeni prezident 8 illik keçid dövründən sonra hakimiyyətə gəlib. Bir neçə ay öncə Afrika Birliyinin 17 minlik ordusu islam adı altında fəaliyyət göstərən «Əş-Şabab» qrupunun yaraqlıların ölkədən  çıxarıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar