ABŞ-ın Kaliforniya ştatında 5,8 bal gücündə zəlzələ olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Bakı vaxtı ilə 20.39-da qeydə alınıb. Zəlzələnin episentri Ferndeyl şəhərindən 173 km qərbdə, ocağı isə 5,1 dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.