ABŞ səfirliyinə şübhəli «məktub» daxil olub
ABŞ-ın Moskvadakı səfirliyinə içində toz olan şübhəli zərf daxil olub.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, yanvarın 9-da diplomatik missiyanın əməkdaşları zərfin üzərində «bioloji silah» ifadəsini aşkarlayıb.
«Bu kiminsə təxribatı, ya da uğursuz zarafatıdır. Bununla belə təhlükəsizlik məqsədi ilə zərf müayinə edilib» - deyə, hüquq-mühafizə orqanından bildirilib.
Fövqəladə Hallar Nazirliyi mütəxəssislərinin apardığı araşdırma nəticəsində «məktubda» bioloji və başqa bu kimi zəhərli, zərərli maddə aşkarlanmayıb.
İlkin məlumata əsasən, zərfdəki ziyanlı toz olub. Onun da tərkibi dəqiqləşdirilir.
«Məktubun» müəllifi axtarılır.
696