Yanvarın 28-də Adriatik dənizi üzərində təlim uçuşu zamanı ABŞ-ın “F-16” qırıcı təyyarəsi İtaliya sahillərində itib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, dünəndən əlaqənin kəsildiyi qırıcı təyyarənin axtarışına İtaliya Sahil Mühafizə Xidməti də cəlb olunub.
“F-16”-nın axtarışına pis hava şəraiti mane olur. İtaliyadakı ABŞ və NATO aviabazasının komandanlığı təyyarədə döyüş sursatı olmadığını və bir pilot tərəfindən idarə edildiyini açıqlayıb.