ABŞ Kadırovun atına “viza” vermir
18 yanvar 2013 10:43 (UTC +04:00)

ABŞ Kadırovun atına “viza” vermir

Çeçenistan rəhbəri Ramazan Kadırov ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının hesabatını sərt tənqid edib.

Lent.az-ın “Moskovskiy komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, hesabatda Çeçenistanda dindarların azadlığının pozulduğu vurğulanır.

Ramazan Kadırov deyib ki, hesabat qərəzlidir: “Çeçenistanda sufi ənənəsinin təhrif olunduğu barədə yazılanları ciddi qəbul etmək olmaz. Dövlət Departamentinin nəyinə lazımdır ki, biz necə ibadət edirik? Biz islam dinin bütün tələblərinə ciddi riayət edirik. Biz ona görə müsəlman deyilik ki, ABŞ razı qalsın, yaxud onun xoşuna gəlsin. Hətta Dövlət Departamenti hər gün yüz hesabat yazsa da, biz “Quran”da yazılanlara uyğun ibadətimizə davam edəcəyik”.

Ramazan Kadırov eyni zamanda ABŞ-ı tək insanların deyil, canlıların da hüququ pozmaqda günahlandırıb. O, atının ABŞ-a aparılan zaman maneələr yaradıldığını da xatırladıb: “Hər şey etdilər ki, mənim atım ABŞ-dakı yarışda iştirak etməsin. Yeganə səbəb o idi ki, atım qaçağan atların reytinq siyahısına düşməsin. Atım qalib gəldi. İndi də atımı Amerikaya buraxmırlar, onun üçün müvafiq “viza”  verilmir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194
avatar

Oxşar yazılar