ABŞ heç vaxt Şimali Koreyanı nüvə ölkəsi kimi qəbul etməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqon rəhbəri Ceyms Mettis Cənubi Koreya XİN rəhbəri Son Yen Mu ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Son 1-2 il ərzində Pxenyanın tez-tez həyata keçirdiyi raket buraxılışları fonunda bunu heç təsəvvür etmək belə mümkün deyil”, - deyə C.Mettis bildirib.
Pentaqon rəhbərinin Seula səfəri oktyabrın 27-də başlayıb. Yaxın zamanda ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya səfəri baş tutacaq.