ABŞ "Əl-Qaidə”-nin daha bir liderini məhv etdi
16 iyun 2015 06:26 (UTC +04:00)

ABŞ "Əl-Qaidə”-nin daha bir liderini məhv etdi

0

“Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Nasir Əl-Vahişi ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində məhv edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

 

“Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının lideri həmçinin, ümumilikdə, təşkilatın ikinci siması olub, daha əvvəl isə Üsamə Ben Ladenin şəxsi katibi olub.     

 

 

Qeyd edək ki, bundan əvvəl ABŞ hərbçiləri “Əl-Qaidə” ilə  yaxın əlaqəsi olan “Əl-Murabitun” terror qruplaşmasının lideri Moxtar Belmoxtarı məhv etməyə müvəffəq olublar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar