ABŞ Konqresinin Nümayəndələr Palatası sahibkarlıq və fiziki şəxslər üçün vergi dərəcəsinin azaldılmasını nəzərdə tutan islahatı qəbul edib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, qanun layihəsi hazırda Senata yönəldilib. Yuxarı palata da qanunu qəbul etsə, sənəd imzalanması üçün prezident Donald Trampa təqdim ediləcək.
Qeyd olunan dəyişiklik ABŞ-da son 30 ildə ən irimiqyaslı vergi islahatıdır.
Şirkətlər üçün hazırda 35% təşkil edən vergi dərəcəsinin 2018-ci ildən 21 faizə endiriləcəyi gözlənilir.