Hindistanın xarici işlər naziri Salman Xurşid ABŞ-dan vitse –konsulu ilə bağlı məhkəmə işinin araşdırmasının dayandırılmasını istəyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Hindistanın Nyu-Yorkdakı baş konsulunun müavini Deviyani Xubraqade ötən həftə «viza verilməsindəki dələduzluğa və xidmətçiləri aldatmaqda» ittiham edilərək, tutulub.
Mənbə xatırladıb ki, diplomatın qoluna qandal keçirərək, onu soyundurub yoxlayıblar. Bundan sonra kameraya yerləşdiriblər. Bir müddət sonra qadın diplomat 250 min dollar girov qarşılığında zaminə buraxılıbı.O, ittihamların hamısını rədd edib.
Diplmaotla bağlı olay Hindistanda etirazla qarşılanıb.
Bir müddət öncə ABŞ-ın dövlət katibi Con Kerri Hindistanın Milli təhlükəsizlik üzrə müşaviri ilə telefon danışığında diplomatın həbsindən təəssüfləndiyini bildirmişdi.